Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən həzrət İmam Zaman (ə.f) ilə bağlı olan görüşlər və “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzularını əhatə edən bu müzakirələr, İmam Zaman (ə.f) haqqında maarif və biliklərinin yayılması məqsədilə hörmətli ziyalı oxucularımızın diqqətinə təqdim olunur.
Ən yüksək nüfuza malik, etibarlı və mötəbər şəxslər çoxsaylı rəvayətlərdə həzrət Məhdini (ə.f) birbaşa gördüklərini nəql etmişlər. Bu rəvayətlər mötəbər sənədlərlə məşhur kitab və əsərlərdə öz əksini tapmışdır.
Müasir dövrdə bəzi insanlar bu böyük səadətə nail olmuşlar. Bununla belə, İmam Zamanın (ə.f) kiçik qeybət dövründə (qeybət suğra) dördüncü naibi olan Əli ibn Məhəmməd Səmuriyə verdiyi məktubda belə buyurmuşdur:
«... فَاجْمَعْ أَمْرَکَ وَ لاَ تُوصِ إِلَی أَحَدٍ فَیَقُومَ مَقَامَکَ بَعْدَ وَفَاتِکَ فَقَدْ وَقَعَتِ اَلْغَیْبَةُ اَلتَّامَّةُ فَلاَ ظُهُورَ إِلاَّ بَعْدَ إِذْنِ اَللَّهِ تَعَالَی ذِکْرُهُ وَ ذَلِکَ بَعْدَ طُولِ اَلْأَمَدِ وَ قَسْوَةِ اَلْقُلُوبِ وَ اِمْتِلاَءِ اَلْأَرْضِ جَوْراً وَ سَیَأْتِی شِیعَتِی مَنْ یَدَّعِی اَلْمُشَاهَدَةَ [أَلاَ فَمَنِ اِدَّعَی اَلْمُشَاهَدَةَ] قَبْلَ خُرُوجِ اَلسُّفْیَانِیِّ وَ اَلصَّیْحَةِ فَهُوَ کَذَّابٌ مُفْتَرٍ ...» (الغیبه، شیخ طوسی، ج۱، ص ۳۹۵)
“…Əməllərini yerinə yetir və heç kimə vəsiyyət etmə ki, səndən sonra sənin vəkil və naibin olsun. Çünki indi böyük qeybət zamanıdır. Bundan sonra insanlar yalnız Allahın izni ilə mənim görüşümə nail olacaqlar. Bu isə uzun bir zaman çəkəcək. Elə bir zamana çatacaq ki, qəlblər daş olacaq, yer üzü zülm və ədalətsizliklə dolacaq, o zaman zühur baş verəcək. Bəziləri məni gördüklərini iddia edəcəklər. Bilin ki, hər kəs Süfyani və səmavi nidadan qabaq mənimlə görüşdüyünü iddia edərsə, bilin ki, o yalançıdır və yalan danışır...…”
(Əl-Ğeybə, Şeyx Tusi, cild 1, səh. 395)
Sual:
Məlumdur ki, həzrəti Məhdi (ə.f) ilə görüş haqda rəvayətlər heç bir halda şübhə doğurmur. Belə olan halda, bu gözləntini necə izah etmək lazımdır?
Cavab olaraq bunu demək olar ki, bu gözlənti (intizar) “kiçik qeybətin” başa çatdığını və “böyük qeybətin” başladığını çatdırır. Burada Əli ibn Məhəmməd Səmuriyə (Allah ona rəhmət eləsin) tapşırılıb ki, heç kimə vəsiyyət etməsin ki, onun yerinə keçsin və ya xüsusi nümayəndəsi olsun.
Eyni zamanda, bu, böyük qeybət dövründə kiminsə xüsusi vəkilik, xüsusi nümayəndəlik və ya İmam Zaman (ə.f) ilə xalq arasında vasitəçilik iddiasında olmasının açıq şəkildə səhv olduğunu bildirir.
Buna görə də, bəzi böyük alimlərin də dediyi kimi, “müşahidə iddiaçısı”nın yalançı və fırıldaqçı hesab edilməsi ilə nəzərdə tutulan şəxslər, ola bilər ki, vəkilik iddiasında olan və özlərini müşahidə və bu görüş iddiası ilə İmam Zaman (ə.f) və xalq arasında vasitəçi kimi təqdim edən şəxslərdir. Eyni zamanda, insanların həzrəti Məhdi (ə.f) ilə görüşlərinə dair rəvayətlər və hadisələr də bu fikri gücləndirir. Yəni burada imamla görüşün tamamilə inkarı nəzərdə tutulmur, məqsəd yalnız xüsusi vəkilik təyin etmək üçün iddia edən şəxslərin iddiasının inkarıdır.
Eyni zamanda, nəzərdə tutula bilər ki, bu gözlənti müşahidə və əlaqənin özbaşına və ixtiyari olduğunu iddia edən şəxslərin yanlışlığını bildirir. Yəni kim müşahidə və əlaqəni öz istəyi ilə hər zaman həzrəti İmam Zaman (ə.f) ilə görüşə çıxmaq və əlaqə qurmaq hüququ olduğunu iddia edirsə, o şəxs yalançı və fırıldaqçı, həmçinin belə iddia böyük qeybət dövründə qəbul edilə bilməz.
Qısaca desək, bu gözlənti ilə bütün məşhur və təkrarlanan rəvayətlərə heç bir xələl toxunmur və hətta isnad baxımından da bu rəvayətlər üstün tutulur.
Beləliklə, həm insanların həzrəti Məhdi (ə.f) ilə görüşləri təsdiqlənir, həm də böyük qeybət dövründə xüsusi nümayəndəlik, vəkilik və İmam Zaman (ə.f) ilə xalq arasında vasitəçilik iddiasında olan şəxslərin yalançı olduqları aydın olur.
Bu mövzuların ardı var…
Mənbə: Ayətullah Safi Gülpayiqaninin “imamət mövzusu haqqında on sualın cavabı” adlı kitabdan götürülmüşdür (müəyyən dəyişikliklə)
Rəyiniz